Bərdə rayonunun Əliyanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
20.07.2022İyulun 20-də saat 19 radələrində Bərdə rayonunun Əliyanlı kəndi ərazisində Əhəd Hacıyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili önündə gedən “Toyota” markalı avtomobilə vurub və qarşıdan gələn “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən Ə.Hacıyevin sərnişini Şəhla Eyvazova orada ölüb.
Araşdırma aparılır.