Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri D.Ardayev və E.Səlimov müəyyən edilərək saxlanılıblar
17.07.2022Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə rayon ərazisində Bakı şəhər sakini T.Quliyevanın çantasından pul, qızıl boyunbağı, bank kartı və sənədlərinin oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar D.Ardayev və E.Səlimov müəyyən edilərək saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.