Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
17.07.2022İyulun 17-də saat 11 radələrində Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsi ərazisində qəsəbə sakini S.Tahirov idarə etdiyi “Hyundai” markalı avtomobillə velosiped sürən həmyerlisi Nazim İsayevi vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.
Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.