Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonunda son 1 ay ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan 60 nəfər saxlanılıb

14.07.2022

Sabunçu Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən son 1 ay ərzində Bakıxanov, Balaxanı, Maştağa, Zabrat qəsəbələri, həmçinin rayonun digər ərazilərində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan ümumilikdə 60 nəfər saxlanılıb. 
Maştağa qəsəbəsində keçirilən əməliyyat zamanı özünə məxsus həyətdə aqrotexniki qaydada qulluq edərək narkotik tərkibli çətənə kolları yetişdirən Firuddin Babayev tutularaq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gətirilib. Onun həyətindən ümumi çəkisi 3 ton 500 kiloqram olan 15 min 367 ədəd çətənə kolu aşkar edilib. Maştağa qəsəbəsində keçirilən digər əməliyyatlar zamanı narkotiklərin kultivasiyası ilə məşğul olan əlavə 6 nəfər saxlanıb. Həmin şəxslərdən isə çəkisi 500 kiloqram olan 17 min ədəd çətənə kolu aşkar edilib.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılan digər şəxslərdən isə ümumilikdə 5 kiloqram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub. Aşkar edilən faktlarla bağlı  İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 38-i barəsində məhkəmə tərəfindən həbs, 22-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

14.07.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 78-nin açılması təmin olunub 14.07.2022
  • Sabunçu rayonunda son 1 ay ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan 60 nəfər saxlanılıb 14.07.2022
  • Beynəlxalq narkoşəbəkənin üzvü olan daha 2 nəfər saxlanılıb, onlardan 86 kiloqram narkotik maddə aşkar edilib 14.07.2022
  • Qobustan rayon sakini F.Dəmirovdan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 7 ədəd patron götürülüb 14.07.2022
  • Oğurluq tetməkdə şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov müəyyən edilərək saxlanılıb 14.07.2022
  • Soyğunçuluqda şübhəli bilinən Beyləqan rayon sakini R.Kazımov saxlanılıb 14.07.2022
  • Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini F.Abbasov avtomobillə şəhər ərazisində saxlanılıb 14.07.2022
  • Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini F.Pəniyev saxlanılıb 14.07.2022
  • Bərdə rayonunun Zümürxan kənd sakini F.Hümbətovdan ov tüfəngi götürülüb 14.07.2022
  • Kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar olunaraq götürülüb 14.07.2022
  • Gəncə şəhərində yol-nəqliyyat hadisəsi 14.07.2022
  • Yevlax rayonunun Nemətabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi 14.07.2022