Saxta əskinasları verməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Sadıqov müəyyən edilərək saxlanılıb
10.07.2022Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini R.Cəfərov bir nəfərin ona 7 ədəd 50 dollarlıq əskinas verərək 591 manatını aldığını, sonradan isə həmin əskinasların saxta olmasını aşkar etdiyini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxta əskinasları verməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Sadıqov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.