Şəki rayonunun Şəki kəndi ərazisində “Belarus” markalı traktor dərəyə aşıb
08.07.2022İyulun 8-də saat 1 radələrində Şəki rayonunun Şəki kəndi ərazisində kənd sakini Ramin Məmmədov idarə etdiyi “Belarus” markalı traktoru dərəyə aşırıb. Nəticədə sürücü və sərnişini - qardaşı oğlu Qabil Məmmədov hadisə yerində ölüblər.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanılıb.
Şəki ŞRPŞ-də araşdırma aparılır.