Kürdəmir rayonunun Yenikənd kənd sakini H.Səmədzadənin həyətindən çətənə kolları və marixuana götürülüb
08.07.2022Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Yenikənd kənd sakini, əvvəllər məhkum olunmuş H.Səmədzadənin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu və 520 qram marixuana aşkar edilərək götürülüb.