Əcnəbi vətəndaşın 2 mobil telefonunu və cüzdanını oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini F.Abuşov saxlanılıb
07.07.2022Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə iyulun 3-də bir əcnəbi vətəndaşın 2 mobil telefonunun, içərisində üzüyü və sənədi olan cüzdanının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini F.Abuşov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.