Sabunçu rayonunun Ramana qəsəbəsində Bərdə rayon sakini G.Qasımovaya qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən İmişli rayon sakini N.Əliyev saxlanılıb
07.07.2022Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə iyulun 6-da Ramana qəsəbəsində Bərdə rayon sakini G.Qasımovanın içərisində pulu olan cüzdanının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini N.Əliyev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.