Nizami rayonu ərazisindəki mağazaların birindən 6000 manat oğurlamaqda şübhəli bilinən E.Zeynalov saxlanılıb
06.07.2022Nizami RPİ-nin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 6000 manat oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş E.Zeynalov saxlanılıb. Araşdırma aparılır.