Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 72-nin açılması təmin olunub

05.07.2022

İyulun 5-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 72-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 6-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 46, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

05.07.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 72-nin açılması təmin olunub 05.07.2022
  • Göygöl Rayon Mərkəzi Xəstəxanasının və Goranboy rayon Suvarma Sistemləri İdarəsinin vəzifəli şəxslərindən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən “Demokratik.az” saytının baş redaktoru Osman Rzayev tutulub 05.07.2022
  • Bakı şəhər sakini A.Ağayevə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən paytaxt sakini D.Rüstəmzadə saxlanılıb 05.07.2022
  • Axtarışda olan Ə.Allahverdizadə və əvvəllər məhkum olunmuş F.İsmayılov saxlanılıblar 05.07.2022
  • Bakı şəhər sakini Ə.Məmmədovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini F.Səfərov saxlanılıb 05.07.2022
  • Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar 05.07.2022
  • Oğurluq etdiyinə görə tutulmuş Y.Abbasovun daha bir mağazadan oğurluq törətməsi də müəyyən olunub 05.07.2022
  • Masallı rayonunun Bədəlan kəndində yerləşən yanacaqdoldurma məntəqəsindən pul oğurlamaqda şübhəli bilinən S.Mirzəyev saxlanılıb 05.07.2022
  • Xaçmaz şəhər sakini M.Tarverdiyevin həyətindən 7 kiloqramdan artıq marixuana götürülüb 05.07.2022
  • Ağdaş rayonunun Abad kəndi və Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisində yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib 05.07.2022
  • Nizami rayonu ərazisində yolu keçən paytaxt sakini R.Xəlilov ard-arda iki avtomobillə vurulub 05.07.2022
  • Binəqədi rayonunda narkotik vasitə satan və quldurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib 05.07.2022