Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Adam oğurluğunda şübhəli bilinən Ağstafa rayon sakini H.Muradov və Cəbrayıl rayon sakini Ə.Həsənov saxlanılıblar

03.07.2022

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Ş qardaşının cinayət törətdiyi və buraxılması müqabilində ondan 500 manat pul tələb edildiyi barədə iyulun 3-də mobil telefonuna mesaj yazıldığını bildirib.     
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində onun qardaşının Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş H.Muradov və Cəbrayıl rayon sakini Ə.Həsənov tərəfindən oğurlanması müəyyən olunub. Əməliyyat tədbirləri ilə onlar saxlanılıblar. 
Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü  (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. 

03.07.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 33-nün açılması təmin olunub 03.07.2022
  • Adam oğurluğunda şübhəli bilinən Ağstafa rayon sakini H.Muradov və Cəbrayıl rayon sakini Ə.Həsənov saxlanılıblar 03.07.2022
  • Müxtəlif vaxtlarda paytaxt sakini olan 4 qadının bank hesablarından dələduzluq yolu ilə pul çıxarmaqda şübhəli bilinən Gədəbəy rayon sakini O.Hüseynov saxlanılıb 03.07.2022
  • Goranboy şəhər sakini A.Qurbanova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakinləri H.Musayev və E.Xəlilov müəyyən edilərək saxlanılıblar 03.07.2022
  • Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə yolun kənarında saxlanılmış “Hyundai” markalı avtomobil və yaxınlıqda olan sürücüsü E.Hüseynov vurulub 03.07.2022
  • Xətai rayonunun 8 Noyabr prospektində “Mitsubishi” markalı avtomobillə yolun kənarında dayanmış 30-35 yaşlı kişi vurulub 03.07.2022
  • Yevlax rayonunun Havarlı kəndi ərazisində “Mercedes” markalı avtomobillə Mingəçevir şəhər sakini V.Məmmədzadə vurulub 03.07.2022