Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 33-nün açılması təmin olunub
03.07.2022İyulun 3-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 33-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 5-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
- Narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.