Sumqayıt şəhəri ərazisində “Mercedes” markalı bir avtomobildən 1800 manat pul və bank kartı oğurlamaqda şübhəli bilinən şəhər sakini O.Xələfov saxlanılıb
01.07.2022Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə şəhər ərazisində “Mercedes” markalı bir avtomobildən 1800 manat pul və bank kartının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş O.Xələfov müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.