Gəncə şəhər sakini Ə.Rəcəbovun bank hesabından 369 manatını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini C.Əsgərov saxlanılıb
30.06.2022Gəncə ŞBPİ-nin 4-cü Polis Bölməsinə iyunun 24-də şəhər sakini Ə.Rəcəbovun bank hesabından 369 manatının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əsgərov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.