Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Son 25 gündə 32 narkotacir tutulub, olardan 90 kiloqram narkotik maddə aşkar edilib

28.06.2022

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 25 gün ərzində keçirilən əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə vətəndaşları narkokuryerliyə cəlb edən və onlayn yolla narkotik maddələrin satışını həyata keçirən mütəşəkkil cinayətkar dəstənin daha 32 üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 90 kiloqram narkotik vasitə və psixotrop maddə, 2815 ədəd psixotrop tərkibli həb və 75 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkar edilib. 
Daxil olmuş məlumat əsasında Yardımlı, Masallı, eləcə də paytaxtın Qaradağ rayonlarında keçirilən əməliyyatlar zamanı Amid Ağayev, İbrahim Ələsgərov, Mais Əliquliyev və tanışı Hüseyn Məmmədov tutulublar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə  47  kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 28 kiloqram heroin, 8 kiloqram metamfetamin, 7 kiloqram tiryək, 4 kiloqram marixuana, psixotrop tərkibli həblər, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri və onlayn satış zamanı istifadə etdikləri plastik kartlar aşkar edilib. Adları çəkilən 4 nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitələri Azərbaycan ərazisində qəbul edərək satışını təşkil etməli imişlər. Onların məqsədi narkotik vasitələri satmaqla yanaşı, sosial şəbəkələrdə müxtəlif videoşantaj, narkotik vasitə istifadəçilərinə “qayğı” göstərmək və pulsuz narkotik vasitə təklif etmək yolları ilə iradəsi zəif olan şəxsləri narkokuryerliyə cəlb etmək olub. 
Baş İdarənin paytaxt, eləcə də Respublikanın digər bölgələrindən həyata keçirdiyi əməliyyatlar zamanı narkotik vasitələrin satışını təşkil edən daha 28 nəfər saxlanılıb. Onlardan 43 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar aşkar olunub. 
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

28.06.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün açılması təmin olunub 28.06.2022
  • Lənkəran rayon sakini F.Məmmədov avtomobili sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında idarə etdiyinə görə saxlanılıb 28.06.2022
  • Binəqədi rayonu ərazisindəki bir mağazadan oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Qurbanov saxlanılıb 28.06.2022
  • Bakı şəhər sakini G.Quliyevanın bank hesabından 520 manatını çıxararaq oğurlamaqda şübhəli bilinən E.Dadaşov müəyyən edilərək saxlanılıb 28.06.2022
  • Paytaxtın Z.Bünyadov prospektində bir avtomobildən çanta oğurlamaqda şübhəli bilinən R.Quliyev müəyyən edilərək saxlanılıb 28.06.2022
  • Suraxanı qəsəbəsindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini P.Cəfərov saxlanılıb 28.06.2022
  • Abşeron rayon sakini A.Hacıyevin yaşadığı evdən narkotik vasitələr və elektron tərəzi götürülüb 28.06.2022
  • Gəncə şəhər sakini N.Abbasova məxsus mopedi oğurlamaqda şübhəli bilinən S.Hüseynov saxlanılıb 28.06.2022
  • Sabirabad şəhəri ərazisində yerləşən bazarda P.Əliyevanın pulqabısını oğurlamaqda şübhəli bilinən Ş.Cəbiyev saxlanılıb 28.06.2022
  • Ucar rayon sakini A.Mahmudovun həyətindən çətənə kolları aşkar olunaraq götürülüb 28.06.2022
  • Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini Ü.Qurbanovun həyətindən çətənə kolları aşkar olunaraq götürülüb 28.06.2022
  • Şəmkir rayonunun Qaracəmirli kənd sakini Z.Rzayevin həyətindən 9 ədəd çətənə kolu aşkar olunaraq götürülüb 28.06.2022
  • Yardımlı, Şəki və Şuşa rayonlarının ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilərək məhv edilib 28.06.2022
  • Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində “VAZ-2106” və “VAZ-21011” markalı avtomobillər toqquşub 28.06.2022
  • Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində “Opel” markalı avtomobillə paytaxt sakini A.Allahyarov vurulub 28.06.2022
  • Abşeron rayonunun Məmmədli kəndi ərazisində “DAF” və “Ford” markalı avtomobillər toqquşub 28.06.2022
  • Son 25 gündə 32 narkotacir tutulub, olardan 90 kiloqram narkotik maddə aşkar edilib 28.06.2022