Xəzər rayonunun Binə qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri S.Tahirova və Z.Eynullazadə saxlanılıblar
26.06.2022Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 20-dən 25-dək olan müddətdə Binə qəsəbəsindəki evlərin birindən 1400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri S.Tahirova və Z.Eynullazadə müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.