Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 48-nin açılması təmin olunub

26.06.2022

İyunun 26 -da ölkə ərazisində qeydə alınan cinayətlərdən 48-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 9-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 21, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

26.06.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 48-nin açılması təmin olunub 26.06.2022
  • Bərdə rayon sakini Ç.Sadıqlıya dəryazla xəsarət yetirərək onu qəsdən öldürməkdə şübhəli bilinən X.Məmmədov tutularaq istintaqa təhvil verilib 26.06.2022
  • Liman şəhər sakini S.Novruzovu qəsdən öldürməkdə şübhəli bilinən şəhər sakini Q.Səlimov tutularaq istintaqa təhvil verilib 26.06.2022
  • Binə qəsəbə sakini Ə.Əlizadənin nəvəsinə hədə-qorxu gələrək qızıl-zinət əşyaları almaqda şübhəli bilinən qəsəbə sakini A.Sultanov saxlanılıb 26.06.2022
  • Xəzər rayonunun Binə qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri S.Tahirova və Z.Eynullazadə saxlanılıblar 26.06.2022
  • Cəlilabad rayon sakini S.Kərimovdan heroin və metamfetamin aşkar edilərək götürülüb 26.06.2022
  • Saatlı rayon sakini M.Babayevanın bank hesabından 390 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Səmədov saxlanılıb 26.06.2022
  • Bakı şəhər sakini A.Cumayevin bank hesabından 800 manatını oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini V.Hüseynov saxlanılıb 26.06.2022
  • Mingəçevir şəhər sakini M.Gülalıyevə məxsus mopedi soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Şamaxı rayon sakini S.Yusifov saxlanılıb 26.06.2022
  • Neftçala rayonunda 4 ədəd su mühərriki və 180 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən rayon sakini E.Sadıqov saxlanılıb 26.06.2022
  • Astara rayonundakı həyətyanı sahələrin birindən su mühərriki oğurlamaqda şübhəli bilinən Şiyəkəran kənd sakini İ.Səmədov saxlanılıb 26.06.2022
  • Yevlax şəhər sakini E.Bağırovun həyətindən kultivasiya yolu ilə yetişdirilən çətənə kolları götürülüb 26.06.2022
  • Xəzər rayonunun Qala qəsəbəsi ərazisində “VAZ-2106” markalı avtomobillə Xaçmaz rayon sakini R.Zəkiyev vurulub 26.06.2022