DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Xırdalan şəhərində özünü kommunal xidmət idarələrinin əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb

23.06.2022

Abşeron rayonu Xırdalan şəhərində özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin və digər kommunal xidmət idarələrinin əməkdaşı kimi təqdim edərək vətəndaşları dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb. Daxil olan şikayətlər əsasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı qeyd edilən qanunsuz hərəkətlərə yol verən Rəfail Əsgərov tutulub. Araşdırma zamanı onun Xırdalan şəhərində bir neçə şəxsi bu yolla aldadaraq onlardan müxtəlif məbləğlərdə pul aldığı məlum olub. Faktlarla bağlı Rəfail Əsgərov barəsində toplanan materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə iki ay müddətinə inizbati qaydada həbs edilib.
Qeyd edək ki, Rəfail Əsgərov bundan əvvəl də Gəncə şəhəri və paytaxtın Nizami rayonunda eyni əməllər etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq inzibati qaydada həbs edilmişdi. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Abşeron Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

23.06.2022 tarixinə olan kriminal məlumatlar

  • Xırdalan şəhərində özünü kommunal xidmət idarələrinin əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb 23.06.2022
  • Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 61-nin açılması təmin olunub 23.06.2022
  • Qaradağ rayonu ərazisində yerləşən tikinti materialları satış mərkəzindəki anbarların birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılaraq Rayon Polis İdarəsinə təhvil veriliblər 23.06.2022
  • Suraxanı rayonunun Əmircan qəsəbə sakini Z.Xeyrullayevin evindən 1 kiloqramdan artıq heroin və elektron tərəzi götürülüb 23.06.2022
  • Qusar rayonunun Samur qəsəbəsi ərazisindən “Opel” markalı avtomobili qaçırmaqda və içərisində olan pulu oğurlamaqda şübhəli bilinən Q.Rəhimov saxlanılıb 23.06.2022
  • Naxçıvan şəhər sakini İ.Seyidova məxsus avtomobildən 3 kiloqram 110 qram tiryək aşkar edilərək götürülüb 23.06.2022
  • Xaçmaz rayonunun Qımılqışlaq kənd sakini N.Əkbərovun həyətindən 66 ədəd çətənə kolu götürülüb 23.06.2022
  • Ağcabədi şəhər sakini E.Mustafayevin evindən qanunsuz saxladığı ov tüfəngi aşkar edilərək götürülüb 23.06.2022
  • Qəbələ rayonunun Bayramkoxa kəndi ərazisində 4 hektar sahədə yabanı halda bitən çətənə kolları məhv edilib 23.06.2022
  • Zaqatala rayonunun 3-cü Tala kəndi ərazisində 1 hektar sahədə yabanı halda bitən çətənə kolları məhv edilib 23.06.2022
  • Quba şəhərində “VAZ-21099” markalı avtomobillə şəhər sakini V.Babayeva vurulub 23.06.2022
  • Su polisləri tərəfindən körpə balıqları qanunsuz olaraq ovlayan şəxslərə qarşı uğurlu tədbir keçirilib 23.06.2022
  • Nərimanov rayonu və paytaxtın digər ərazilərində evlərdən çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb 23.06.2022