DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakıda silsilə mənzil oğurluqları edən Gürcüstan vətəndaşı saxlanılıb

24.06.2022

Paytaxtın Nərimanov rayonunda yerləşən mənzillərdən birindən oğurluq edilib. Zərərçəkən Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində  müraciət edərək hadisə barədə məlumat verib. 
Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Paata Grineviç saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxs ifadəsində bir müddət əvvəl yaşadığı ölkədən Bakı şəhərinə məhz oğurluq məqsədi ilə gəldiyini bildirib. Paata Grineviçin ətrafında aparılan tədbirlərlə onun paytaxtın Nizami rayonunda da bir mənzildən oğurluq etdiyi müəyyən edilib. 
Qeyd edək ki, saxlanılan şəxsin oğurluq etdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Faktlarla bağlı toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Paata Grineviç əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

24.06.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün açılması təmin olunub 24.06.2022
  • Bakı şəhər sakini N.Əhmədzadənin evinə baxış zamanı 3 kiloqram 34 qram heroin götürülüb 24.06.2022
  • Bakı şəhər sakini R.İsmayılzadədən kokain, metamfetamin, ekstazi həbləri və marixuana aşkar edilib 24.06.2022
  • Oğurluqda  şübhəli bilinən Bakı şəhər sakini V.Yusifzadə saxlanılıb 24.06.2022
  • Oğurluqda şübhəli bilinən Zəngilan rayon sakini Ş.Əsədov və Bakı şəhər sakini M.Məmmədov saxlanılıb 24.06.2022
  • 3000 manat pul və 5000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən S.Hacıyev saxlanılıb 24.06.2022
  • Zaqatala rayonunun Lahıc kənd sakini R.Abdurəhmanovun evinə baxış zamanı 6 kiloqram 325 qram marixuana götürülüb 24.06.2022
  • Kultivasiya yolu ilə yetişdirilən marixuana aşkar edilərək götürülüb 24.06.2022
  • Yabanı halda bitən çətənə kolları aşkar edərək məhv edib 24.06.2022
  • Şəki şəhərində yol-nəqliyyat hadisəsi 24.06.2022
  • Bakıda silsilə mənzil oğurluqları edən Gürcüstan vətəndaşı saxlanılıb 24.06.2022