Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakıda avtobuslarda əsasən qadınların çantalarından cibgirlik edən şəxs saxlanılıb

15.06.2022

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində avtobuslarda cibgirliklə məşğul olan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Cəlil Səmədov tutularaq istintaqa təqdim edilib. 
Aparılan araşdırmalar zamanı Cəlil Səmədovun paytaxtın Nizami, Sabunçu və Binəqədi rayonlarında müxtəlif marşrutlarla hərəkət edən avtobuslarda qadınların çantalarından mobil telefonlar oğurladığı müəyyən edilib. Onun həmçinin ticarət mərkəzlərində insanların sıxlığı müşahidə edilən yerlərdə də cibgirliklə məşğul olduğu məlum olub. 
Qeyd edək ki, saxlanılan şəxsin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınması müşahidə kameraları vasitəsi ilə lentə alınıb. Cəlil Səmədovun paytaxt ərazisində hələlik  7 nəfərə qarşı cibgirlik etdiyi subuta yetirilib.
Saxlanılan şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti Zəng Mərkəzinə  məlumat verə bilərlər. 

15.06.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün açılması təmin olunub 15.06.2022
  • Gədəbəy rayonunun Zəhmətkənd kənd sakini Məsim Pirverdiyevi öldürməkdə şübhəli bilinən M.Bayramov tutularaq istintaqa təhvil verilib 15.06.2022
  • Şabran şəhər sakini Orxan Əliyevi qətlə yetirməkdə şübhəli bilinən T.Cəfərzadə tutularaq istintaqa təhvil verilib 15.06.2022
  • Soyğunçuluqda şübhəli bilinən Ağsu rayon sakini C.Əhmədov müəyyən edilərək saxlanılıb 15.06.2022
  • Kultivasiya yolu ilə yetişdirilən 50 ədəd çətənə kolu aşkar edilərək götürülüb 15.06.2022
  • Soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bərdə rayon sakini E.İmanov saxlanılıb 15.06.2022
  • 4,7 hektar sahədən yabanı halda bitən 1 ton 115 kiloqram çəkidə 2436 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib 15.06.2022
  • 1,2 hektar sahədən yabanı halda bitən 1 ton 230 kiloqram çəkidə 2018 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib 15.06.2022
  • Bakıda avtobuslarda əsasən qadınların çantalarından cibgirlik edən şəxs saxlanılıb 15.06.2022