Göygöl rayonunun Topalhəsənli kəndində yol-nəqliyyat hadisəsi
12.06.2022İyunun 12-də saat 12 radələrində Göygöl rayonunun Topalhəsənli kəndində Hacıməlik qəsəbə sakini A.Cəfərov idarə etdiyi “VAZ-21154” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sərnişini Elvin Verdiyev hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.