Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində törədilmiş 62 cinayətin üstü “isti izlər”lə açılmışdır

08.06.2022

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 62 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 54 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılmışdır.

08.06.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 62 cinayətin üstü “isti izlər”lə açılmışdır 08.06.2022
  • Toy kortejində avtoxuliqanlıq edənlər saxlanılıb 08.06.2022
  • Masallı rayon sakini Q.Hüseynova ölümcül xəsarət yetirməkdə şübhəli bilinən H.Cəfərov tutularaq istintaqa təhvil verilmişdir 08.06.2022
  • Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində bir avtomobildən oğurluq törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri H.Rzayev və E.Səfərov saxlanılmışlar 08.06.2022
  • Sabunçu rayonunun Nardaran bağlarındakı evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Mirzəyev müəyyən edilərək saxlanılmışdır 08.06.2022
  • Sumqayıt şəhər sakini V.Əliyevə məxsus avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən T.Əliyev saxlanılmışdır 08.06.2022
  • Biləsuvar rayonu ərazisindəki mağazaların birindən pul, transformator və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Y.Abbasov saxlanılmışdır 08.06.2022
  • Balakən rayonunun Qazbinə kəndində “VAZ-2101” markalı avtomobil ağaca çırpılaraq aşmışdır 08.06.2022
  • Gəncə şəhəri ərazisində “KİA” markalı avtomobillə Məhsəti qəsəbə sakini Ş.Namazov vurulmuşdur 08.06.2022