Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması aşkar edilib

06.06.2022

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.  
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.  
Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub. 
Bu istiqamətdə tədbirlər davam etdirilir.

06.06.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılmışdır 06.06.2022
  • Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması aşkar edilib 06.06.2022
  • Suraxanı rayonunun Suraxanı qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxs avtomobillə birgə saxlanılmışdır 06.06.2022
  • Saatlı rayonunun Əliabad kənd sakini Ə.Ağayevdən qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür 06.06.2022
  • Neftçala rayonunun 2-ci Mayak kəndi ərazisində 1 hektar sahədən yabanı halda bitmiş 10 ton 890 kiloqram çəkidə çətənə kolları məhv edilmişdir 06.06.2022
  • Qax rayonunun Qıpçaq kəndi ərazisində yabanı halda bitmiş 2 ton 35 kiloqram çəkidə çətənə kolları məhv edilmişdir 06.06.2022
  • Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində “Land-Rover” və “KamAZ” markalı avtomobillər toqquşmuşdur 06.06.2022
  • Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində “Mercedes” markalı avtomobillə yolu keçən Daşkəsən rayon sakini A.Abbasov vurulmuşdur 06.06.2022