Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Beyləqan rayonunun Mayak kənd sakini A.Mamedovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə B.Tağıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir

05.06.2022

Beyləqan Rayon Polis Şöbəsinə iyunun 5-də saat 7 radələrində Mayak kəndi ərazisində 35 yaşlı Bəhruz Tağıyevin öldürülməsi barədə məlumat daxil olmuşdur. 
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Aparılmış araşdırmalarla kənd sakini A.Mamedovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə B.Tağıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Ondan cinayəti törədərkən istifadə etdiyi “İJ-16” markalı ov tüfəngi götürülmüşdür.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

05.06.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 56 cinayətin üstü “isti izlər”lə açılmışdır 05.06.2022
  • Beyləqan rayonunun Mayak kənd sakini A.Mamedovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə B.Tağıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir 05.06.2022
  • Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülmüşdür 05.06.2022
  • Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Mailov müəyyən edilərək saxlanılmışdır 05.06.2022
  • Oğurluqda şübhəli bilinən paytaxt sakini R.Talıbov saxlanılmışdır 05.06.2022
  • Sərxoş vəziyyətdə tüfəngdən atəş açması müəyyən edilmiş Bərdə şəhər sakini V.Abdullayev saxlanılmışdır 05.06.2022
  • İsmayıllı rayonunun Hacıhətəmli kəndi ərazisində yol-nəqliyyat hadisəsi 05.06.2022
  • Lənkəran şəhəri ərazisində yol-nəqliyyat hadisəsi 05.06.2022