Oğurluqda şübhəli bilinən paytaxt sakini R.Talıbov saxlanılmışdır
05.06.2022Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 4-də Bakı şəhər sakini M.İsmayılovun içərisində pulu və mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Talıbov saxlanılmışdır. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi “Ravon” markalı avtomobilə baxış zamanı oradan heroin və metamfetamin də aşkar edilərək götürülmüşdür.