Sərxoş vəziyyətdə tüfəngdən atəş açması müəyyən edilmiş Bərdə şəhər sakini V.Abdullayev saxlanılmışdır
05.06.2022Bərdə Rayon Polis Şöbəsinə Mirzəxan kəndi ərazisində keçirilmiş şənlik zamanı havaya 2 dəfə atəş açılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini V.Abdullayevin sərxoş vəziyyətdə tüfəngdən atəş açması müəyyən edilərək saxlanılmışdır. Ondan “Sayqa” markalı ov tüfəngi götürülmüşdür.