Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonunda narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar

01.06.2022

Paytaxtın Binəqədi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini Raul Şərifov tutulub. Onun üzərindən ümumilikdə 50 qrama yaxın heroin və metamfetamin aşkar olunub. Polis İdarəsində aparılan əlavə araşdırmalar zamanı Raul Şərifova narkotik vasitələri satan tanışı Bakı şəhər sakini Rəşad Ələkbərov da keçirilən əməliyyat zamanı saxlanılıb. Həmin şəxsin üzərindən və yaşadığı evdən 3 kiloqrama yaxın heroin və 500 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb. Rəşad Ələkbərov ifadəsində paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. 
Saxlanılan şəxslər barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

01.06.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılmışdır 01.06.2022
  • Kürdəmir rayonunun Topalhəsənli kəndi ərazisində “KamAZ” və “Mercedes” markalı avtomobillər toqquşmuşdur 01.06.2022
  • Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərindən birinin həyətindən “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən N.Bayramov saxlanılmışdır 01.06.2022
  • Sabunçu rayonunun Maştağa qəsəbə sakini R.Quliyevin həyətyanı sahəsindən çətənə kolları aşkar edilərək götürülmüşdür 01.06.2022
  • Nərimanov rayonu ərazisində bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən E.Zeynalov saxlanılmışdır 01.06.2022
  • Suraxanı rayonu ərazisində yolun işıqlandırılması üçün quraşdırılmış 37 ədəd lampa oğurlamaqda şübhəli bilinən R.Əliyev saxlanılmışdır 01.06.2022
  • Şəmkir rayonunun Qaracəmirli kənd sakini Z.Qocayevin həyətindən çətənə kolları aşkar edilərək götürülmüşdür 01.06.2022
  • Ağdam rayonunun Qərvənd kəndinin ərazisində 1 hektar sahədə yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir 01.06.2022
  • Binəqədi rayonunda narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar 01.06.2022