Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini X.İsayev müəyyən edilərək saxlanılmışdır
31.05.2022Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə Bakı şəhər sakini Y.Əhmədovun bank hesabından 8500 manatın oğurlanması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş X.İsayev müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.