“Gənclər şəhərciyi” yaşayış kompleksinin həyətində Rəqsanə Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən əri şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir
30.05.2022Abşeron Rayon Polis İdarəsinə mayın 30-da saat 23 radələrində “Gənclər şəhərciyi” yaşayış kompleksinin həyətində 26 yaşlı Rəqsanə Məmmədovanın öldürülməsi barədə məlumat daxil olmuşdur.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Aparılmış ilkin araşdırmalarla həyat yoldaşı R.Məmmədovun ailə münaqişəsi zəminində qadına bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Əməliyyat tədbirləri nəticəsində R.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.