Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bərdə rayonunun Mirzəcəfərli kəndində Bulud Fərzəliyevi qətlə yetirməkdə şübhəli bilinən oğlu Kənan Fərzəliyev tutularaq istintaqa təhvil verilmişdir

29.05.2022

Bərdə Rayon Polis Şöbəsinə mayın 29-da saat 23 radələrində Mirzəcəfərli kəndində Bulud Fərzəliyevin öldürülməsi barədə məlumat daxil olmuşdur. 
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla B.Fərzəliyevi oğlu, əvvəllər məhkum olunmuş Kənan Fərzəliyevin sərxoş vəziyyətdə münaqişə zəminində yaşadığı evin həyətində tüfəngdən açdığı atəşlə öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. 
Əməliyyat-axtarış tədbirləri nəticəsində K.Fərzəliyev tutularaq istintaqa təhvil verilmişdir. Ondan cinayəti törədərkən istifadə etdiyi “İJ-16” markalı ov tüfəngi götürülmüşdür.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

29.05.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılmışdır 29.05.2022
  • Bərdə rayonunun Mirzəcəfərli kəndində Bulud Fərzəliyevi qətlə yetirməkdə şübhəli bilinən oğlu Kənan Fərzəliyev tutularaq istintaqa təhvil verilmişdir 29.05.2022
  • Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Rəhimov saxlanılmışdır 29.05.2022
  • Bakı şəhər sakini R.Acalovun idarə etdiyi avtomobilə baxış zamanı 5 kiloqramdan artıq marixuana və 1 kiloqram 27 qram heroin aşkar edilərək götürülmüşdür 29.05.2022
  • Saatlı rayon sakini P.Əzizovun idarə etdiyi avtomobildən 1 kiloqram 535 qram heroin aşkar edilərək götürülmüşdür 29.05.2022