Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılmışdır

26.05.2022

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 84 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılmışdır.

26.05.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılmışdır 26.05.2022
  • Xəzər rayonunun Qala qəsəbəsi ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən qəsəbə sakini H.İsmayılov saxlanılmışdır 26.05.2022
  • Gəncə şəhərinin Atatürk prospektində “İveco” markalı avtobusla yolu keçən 50-55 yaşlı kişi vurulmuşdur 26.05.2022
  • Xaçmaz rayonunun Ləcət kəndi ərazisində “VAZ-2107” markalı avtomobillə kənd sakini E.Qədiyev vurulmuşdur 26.05.2022
  • Vətəndaş Ş.Həsənovanın çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Kipçatov saxlanılmışdır 26.05.2022
  • Binəqədi rayonunun Ə.Ağayev küçəsində bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən Cəlilabad rayon sakini O.Soltanov müəyyən edilərək saxlanılmışdır 26.05.2022
  • Bakı şəhər sakini E.Məmmədovu döyərək 2000 manatını almaqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılmışlar 26.05.2022