Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılmışdır

25.05.2022

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 81 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüşdür.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılmışdır.

25.05.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılmışdır 25.05.2022
  • Bərdə rayonunun Hacallı kənd sakini X.Orucovanı ailə münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qəsdən öldürməkdə şübhəli bilinən həyat yoldaşı T.Orucov tutularaq istintaqa təhvil verilmişdir 25.05.2022
  • Gəncə şəhər sakini M.Daşdəmirovdan marixuana və çətənə kolları götürülmüşdür 25.05.2022
  • Binəqədi rayonu ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Məmmədov saxlanılmışdır 25.05.2022
  • Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakini G.Salıyevaya qarşı soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini R.Heydərov saxlanılmışdır 25.05.2022
  • Xətai rayonunun Vunq Tau küçəsindəki mağazaların birindən oğurluq törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini İ.Şıxəliyev saxlanılmışdır 25.05.2022
  • Astara şəhər sakini Y.Xocaxanovun evindən heroin aşkar edilərək götürülmüşdür 25.05.2022
  • Masallı rayon sakini H.Nuriyevin evindən 1 kiloqramdan artıq heroin, 3 kiloqram 15 qram marixuana və elektron tərəzi götürülmüşdür 25.05.2022
  • Yevlax şəhər sakini E.Babayevə məxsus həyətyanı sahədən çətənə kolları götürülmüşdür 25.05.2022
  • Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması aşkar edilib 25.05.2022
  • Sabirabad rayonunun Əliləmbəyli kəndi ərazisində “VAZ-2107” markalı avtomobil su kanalına aşmışdır 25.05.2022
  • Kürdəmir rayonu ərazisində müəyyən edilməmiş avtomobillə piyada vurulmuşdur 25.05.2022