Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
23.05.2022Mayın 23-də saat 12 radələrində Şərur rayon sakini Əfqan Ələkbərovun idarə etdiyi “Mercedes” markalı avtomobil Binəqədi rayonu ərazisində yerləşən BDYPİ-nin Ekoloji Nəzarət Bölüyü postunda saxlanılmışdır.
Polis əməkdaşları tərəfindən sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsi ilə protokol tərtib olunmuşdur.
Binəqədi rayon Məhkəməsinin qərarı ilə Ə.Ələkbərov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətində inzibati həbs edilmişdir.
Bu istiqamətdə tədbirlər davam etdirilir.