Salyan rayon sakni 52 yaşlı N.Əhmədova münaqişə zəminində ölümcül xəsarətlər yetirməkdə şübhəli bilinən rayon sakini İ.Əsgərov tutularaq istintaqa təhvil verilmişdir
23.05.2022Salyan Rayon Polis Şöbəsinə mayın 24-də saat 1 radələrində rayon sakni 52 yaşlı Natiq Əhmədovun öldürülməsi barədə məlumat daxil olmuşdur.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Aparılmış araşdırmalarla rayon sakini İ.Əsgərovun münaqişə zəminində N.Əhmədova kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Polis əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.