Cəlilabad rayonunun Şıxlar kəndində azyaşlıya hədə-qorxu gələrək 69.000 rubl, 300 ABŞ dolları və 909 manat pul almaqda şübhəli bilinən E.Abbasov və Ə.Quliyev müəyyən edilərək saxlanılmışlar
23.05.2022Cəlilabad Rayon Polis Şöbəsinə mayın 15-dən 22-dək olan müddətdə Şıxlar kəndində 2 nəfərin azyaşlıya hədə-qorxu gələrək 69.000 rubl, 300 ABŞ dolları və 909 manat pul almaları barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri E.Abbasov və Ə.Quliyev müəyyən edilərək saxlanılmışlar.
Faktla əlaqədar cinayət işi başlanmışdır.