Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİN-in “102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edərək yalan məlumat verən Ağsu rayonunun Ərəbuşağı kənd sakini F.Nizamlı saxlanılıb

23.05.2022

Mayın 4-də saat 4.50-də DİN-in “102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu söndürüb. 
Dərhal Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.
Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı F.Nizamlı tərəfindən edilməsi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.
Ağsu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 216-cı maddəsi (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb.

23.05.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılmışdır 23.05.2022
  • Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb 23.05.2022
  • İctimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb 23.05.2022
  • Salyan rayon sakni 52 yaşlı N.Əhmədova münaqişə zəminində ölümcül xəsarətlər yetirməkdə şübhəli bilinən rayon sakini İ.Əsgərov tutularaq istintaqa təhvil verilmişdir 23.05.2022
  • Səbail rayonunun Badamdar qəsəbəsində Bakı şəhər sakini X.Hüseynzadəyə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən paytaxt sakini F.Ehtibarov saxlanılmışdır 23.05.2022
  • Səbail rayonu ərazisindəki evlərin birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Həsənov saxlanılıb 23.05.2022
  • Gəncə şəhər sakini A.Cənubidən ov tüfəngi götürülmüşdür 23.05.2022
  • Sabirabad rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakini M.Nəsirov saxlanılmışdır 23.05.2022
  • Mingəçevir şəhər sakini Z.Qarayevdən heroin və marixuana aşkar edilmişdir 23.05.2022
  • Ağcabədi şəhər sakini E.Abdullayevin yaşadığı evdən 9 kiloqram marixuana götürülmüşdür 23.05.2022
  • Cəlilabad rayonunun Şıxlar kəndində azyaşlıya hədə-qorxu gələrək 69.000 rubl, 300 ABŞ dolları və 909 manat pul almaqda şübhəli bilinən E.Abbasov və Ə.Quliyev müəyyən edilərək saxlanılmışlar 23.05.2022
  • DİN-in “102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edərək yalan məlumat verən Ağsu rayonunun Ərəbuşağı kənd sakini F.Nizamlı saxlanılıb 23.05.2022
  • Oğurluq etdiyinə görə tutulmuş E.Fərzəliyevin Sabunçu rayonu ərazisində daha 8 evdən və 2 mağazadan oğurluq hadisələrini törətməsi də müəyyən olunmuşdur 23.05.2022
  • Şərur rayonunun Xanlıqlar kəndi ərazisində “QAZ-33021” markalı avtomobillə kənd sakini Adil Cəlilov vurulmuşdur 23.05.2022
  • Biləsuvar rayonunun Əliabad kəndi ərazisində “BMW” markalı avtomobillə kənd sakini Səccad Bəgəliyev vurulmuşdur 23.05.2022
  • Bakıda xarici ölkə vətəndaşları olan TIR sürücülərini dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb 23.05.2022