Şərur rayonunun Xanlıqlar kəndi ərazisində “QAZ-33021” markalı avtomobillə kənd sakini Adil Cəlilov vurulmuşdur
23.05.2022Mayın 23-də saat 9 radələrində Şərur rayonunun Xanlıqlar kəndi ərazisində kənd sakini K.Həsənov idarə etdiyi “QAZ-33021” markalı avtomobillə yolun kənarı ilə gedən həmkəndlisi Adil Cəlilovu vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Şərur Rayon Polis İdarəsində araşdırma aparılır.