Beyləqan rayonunun 2-ci Aşıqlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
22.05.2022Mayın 22-də saat 20 radələrində Beyləqan rayonunun 2-ci Aşıqlı kəndi ərazisində rayon sakinləri R.Allahverdiyevin idarə etdiyi “VAZ-21061” markalı avtomobillə İ.İmanovun idarə etdiyi “T-28” markalı traktor toqquşmuşdur. Nəticədə R.Allahverdiyev və 2 sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilmiş, onlardan Rasim Fərzəliyev orada ölmüşdür.
Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.