Nəsimi rayonunun H.Seyidzadə və H.B.Əliyev küçəsində yerləşən mağazalardan oğurluq törətməkdə şübhəli bilinən H.Əmirov və R.Məmmədov saxlanılmışlar
19.05.2022Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə H.Seyidzadə küçəsində yerləşən mağazadan 95 manat pul və 3500 manat dəyərində tütün məmulatı, H.B.Əliyev küçəsindəki digər mağazadan isə 10.000 manat dəyərində 22 ədəd mobil telefonun oğurlanması barədə müraciətlər daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Naftalan şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş H.Əmirov və Sabirabad rayon sakini R.Məmmədov müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.