Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Sultanov müəyyən edilərək saxlanılmışdır
17.05.2022Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə Pirşağı qəsəbəsi ərazisindəki mağazaların birindən 11.641 manat pulun oğurlanması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Sultanov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.