Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində “BYD” markalı avtomobillə qəsəbə sakini A.Əzizov vurulmuşdur
15.05.2022Mayın 15-də saat 14 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində Şabran rayon sakini K.İsgəndərov idarə etdiyi “BYD” markalı avtomobillə yolu keçən qəsəbə sakini Azad Əzizovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Abşeron RPİ-də araşdırma aparılır.