Göygöl rayonunun Quşqara kəndi ərazisində “VAZ-21011” markalı avtomobillə Gəncə şəhər sakini A.Allahverdiyev vurulmuşdur
14.05.2022Mayın 14-də saat 22 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Şəmkir rayon sakini E.Novruzov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Azər Allahverdiyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Göygöl RPŞ-də araşdırma aparılır.