Yasamal rayonu ərazisindəki kafelərin birində Goranboy rayon sakini R.Musayevə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən paytaxt sakini İ.Babayev saxlanılmışdır
13.05.2022Yasamal RPİ 27-ci Polis Bölməsinə mayın 13-də saat rayon ərazisindəki kafelərin birində bir nəfərin Goranboy rayon sakini R.Musayevin mobil telefonunu açıq talama yolu ilə alması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini İ.Babayev saxlanılmışdır.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.