Siyəzən şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
11.05.2022Mayın 11-də saat 23 radələrində Siyəzən şəhəri ərazisində Şabran şəhər sakini Elçin Hacıyevin idarə etdiyi “BMW” və Quba rayon sakini M.Əliyevin idarə etdiyi “Kamaz” markalı avtomobillər toqquşmuşdur. Nəticədə xəsarət almış E.Hacıyev hadisə yerində ölmüş, digər sürücü isə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.