Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki həyətlərin birindən 500 manat dəyərində samovarı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
09.05.2022Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə mayın 7-nə keçən gecə Lökbatan qəsəbəsindəki həyətlərin birindən 500 manat dəyərində samovarın oğurlanması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri O.Tağıyev və E.Qasımov saxlanılmışdır. Ətraflarında aparılan tədbirlərlə onların mayın 8-nə keçən gecə qəsəbədəki digər bir evin zirzəmisindən 955 manat dəyərində təmir-tikinti alətləri oğurlamaları da müəyyən olunmuşdur.