Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Neftçala rayonunun Xıllı qəsəbəsində yaşayan E.Sadıqovun evinə girərək ona və iki qonşusuna xəsarət yetirməkdə şübhəli bilinən Salyan rayon sakini Q.Müqabilzadə müəyyən edilərək saxlanılmışdır

09.05.2022

Neftçala Rayon Polis Şöbəsinə mayın 9-da saat 5 radələrində Xıllı qəsəbəsində yaşayan E.Sadıqovun evinə girən şəxsi saxlamağa cəhd göstərərkən xəsarət alması, həmin şəxsin bu zaman köməyə gələn iki qonşuya da boyun və qol nahiyələrinə dəmir parçası ilə xəsarət yetirərək oradan qaçması barədə məlumat daxil olmuşdur. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini Q.Müqabilzadə müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır. 

09.05.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılmışdır 09.05.2022
  • Binəqədi rayonunun Binəqədi qəsəbəsindəki bir həyətyanı sahədən, bir evdən və bir yarımtikilidən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Talıbov saxlanılmışdır 09.05.2022
  • Səbail rayonunun Badamdar qəsəbəsindən F.Abdullayevaya məxsus “Yamaha” markalı mopedi oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar 09.05.2022
  • Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki həyətlərin birindən 500 manat dəyərində samovarı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar 09.05.2022
  • Nərimanov rayonunun Z.Bünyadov prospektində yerləşən mağazalardan birinin anbarından elektrik məhsullarını oğurlamaqda şübhəli bilinən mağazanın keçmiş işçisi M.Qarayev saxlanılmışdır 09.05.2022
  • Xətai rayonunun Gəncə prospektindəki binalardan birinin liftindən 16 ədəd mühərrik dayağını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov saxlanılmışdır 09.05.2022
  • Neftçala rayonunun Xıllı qəsəbəsində yaşayan E.Sadıqovun evinə girərək ona və iki qonşusuna xəsarət yetirməkdə şübhəli bilinən Salyan rayon sakini Q.Müqabilzadə müəyyən edilərək saxlanılmışdır 09.05.2022
  • Gədəbəy rayonu ərazisindəki mağazalardan birinin qarşısından avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Samux rayon sakini E.Məmmədov saxlanılmışdır 09.05.2022