Quldurluq etməkdə şübhəli bilinən Gədəbəy rayon sakini V.İsmayılov və Oğuz rayon sakini A.Salahov müəyyən edilərək saxlanılmışlar
08.05.2022Xızı Rayon Polis Şöbəsinə mayın 7-də saat 23 radələrində Sitalçay kəndi ərazisində “Opel” markalı bir avtomobilin sürücüsü və sərnişininin Quba rayon sakini Ə.Cəlilzadəni bıçaqla hədələyərək 290 manat pulunu talamaları barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gədəbəy rayon sakini V.İsmayılov və sərnişini, Oğuz rayon sakini A.Salahov müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.