Nəsimi rayonu ərazisində paytaxt sakini İ.Əhmədovun mobil telefonunu açıq talama yolu aparmaqda şübhəli bilinən paytaxt sakini O.Abdullayev saxlanılmışdır
06.05.2022Nəsimi RPİ 21-ci Polis Bölməsinə mayın 6-da rayon ərazisində bir nəfərin paytaxt sakini İ.Əhmədovun mobil telefonunu açıq talama yolu aparması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Abdullayev saxlanılmışdır.
O.Abdullayevin ətrafında aparılan tədbirlərlə onun mayın 5-də daha bir nəfərin mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.