Gün ərzində törədilmiş 70 cinayətin üstü “isti izlər”lə açılmışdır
06.05.2022Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 70 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 61 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 45 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılmışdır.